13 mindən çox ailəyə ünvanlı dövlət sosial yardım təyin olunub

26 May 2023 03:22 (UTC+04:00)

Cari ilin aprel ayının 1-i vəziyyətinə Yardımlı rayonu üzrə pensiyaçıların ümumi sayı 6212 nəfər, təyin olunmuş aylıq pensiyaların orta məbləği 337,26 manat təşkil edib. Bunu SİA-nın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildiriblər.

Qeyd edilən tarixə ünvanlı dövlət sosial yardım alan ailə üzvlərinin sayı 13325 nəfər, 1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 96,67 manatdır.