Burcu Özberkin yeni layihəsi bəlli olub - FOTO

26 May 2023 08:36 (UTC+04:00)

"Kraliçe" serialının final etməsinə 2 bölüm qalmış aktrisa Burcu Özberkin yeni layihəsi bəlli olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Saklı kalsın" serialında rol alacaq. Onun tərəf müqabili isə Şükrü Özyıldız olacaq.

Qeyd edək ki, ilk aktrisa Yağmur Tanrısevsin, ardınca isə Esra Bilgiç serialda rol almaqdan imtina etmişdi.