Avtomobil yolu keçən 8 yaşlı uşağı vurub öldürüb

26 May 2023 02:16 (UTC+04:00)

Bakıda avtomobil yolu keçən 8 yaşlı uşağı vurub öldürüb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçərkən 2015-ci il təvəllüdlü S.Quluzadəni avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır .