Lukaku “Çelsi”yə qayıtmaq istəmir

26 May 2023 04:18 (UTC+04:00)

İcarə əsasında "İnter”də oynayan Romelu Lukaku müqavilə ilə məxsus olduğu "Çelsi”yə qayıtmaq istəmir. SİA xəbər verir ki, Belçikalı forvard özünü İtaliya klubuna məxsus hesab edir. O, "nerrazuri”nin keçidi reallaşdırmaq üçün kifayət qədər cəhd edəcəyinə inanır.

Lukaku keçən ilin yayından "İnter”də oynayır. Onun icarə müqaviləsi mövsümün sonuna qədərdir.