“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin etdi

26 May 2023 01:47 (UTC+04:00)

İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyun keçirilib. SİA xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Çelsi”ni qəbul edib.

Matç “qırmızı şeytanlar”ın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1. Karlos Kazemironun hesabı açdığı qarşılaşmada “Mançester Yunayted”in digər qollarını Antoni Marsyal, penaltidən Brunu Fernandeş və Markus Reşford vurublar. “Çelsi”də isə Joau Feliks fərqlənib.

Qələbə sayəsində xalını 72-yə çatdıran “Mançester Yunayted” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib. Erik ten Haqın komandası bununla da Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. Eyni zamanda “Liverpul”un qitənin bir nömrəli klub turnirindən kənar qalacağı dəqiqləşib. Hazırda 66 xalı olan “qırmızılar” 4-cü “Nyukasl”dan 4 xal geri qalırlar və qalan bir matçda bu fərqi aradan qaldırmaq mümkünsüzdür.

Uğursuz mövsüm keçirən “Çelsi”yə gəlincə, komanda 43 xalla 12-cidir.