ABŞ danışıqların davam etdirilməsini dəstəkləyir

26 May 2023 01:25 (UTC+04:00)

ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini dəstəkləyir. SİA xəbər verir ki, bunu gündəlik birifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

O qeyd edib ki, bu danışıqlar ABŞ üçün prioritet olmaqda davam edir.

"Blinken bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəfi salamladı. Bundan sonra danışıqlar Brüsseldə davam etdirilib. Biz danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Qarşıda duran məsələlər üzrə razılığa gəlmək üçün tərəflərin işini dəstəkləməyə davam edəcəyik. Dövlət katibi bu məsələ ilə məğul olmağa davam edəcək", - deyə Miller bildirib.