ABŞ Rusiyanın nüvə silahlarının Belarusa verilməsini pisləyib

26 May 2023 01:14 (UTC+04:00)

Bu arada Birləşmiş Ştatlar Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsini qətiyyətlə pisləyir, lakin hələ ki, nüvə qüvvələrinin hazırlığına yenidən baxmaq üçün heç bir səbəb görmür.

SİA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Mən əlimizdə ola biləcək heç bir fakt və ya təxminlər barədə danışmayacağam. Deyim ki, biz bu razılaşmanı qətiyyətlə pisləyirik, bu, Rusiyadan gördüyümüz məsuliyyətsiz davranışın növbəti nümunəsidir”-deyən Miller ABŞ-ın nüvə qüvvələrinin hazırlığı ilə bağlı yanaşmasını dəyişmək üçün heç bir səbəb görmürədiyini də əlavə edib.

Mayın 25-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının artıq respublikaya ötürülməsinə başlanıldığını bildirib. Taktiki nüvə silahlarının artıq Belarusda olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Lukaşenko deyib ki, respublikaya qayıdandan sonra bunu dəqiqləşdirəcək.

Yeri gəlmişkən, Belarus və Rusiyanın müdafiə nazirləri Viktor Xrenin və Sergey Şoyqu Minskdə Rusiyaya məxsus qeyri-strateji nüvə silahlarının Belarus ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıblar.

Ağasəf Babayev