Macarıstan müdafiə xərclərini artıracaq

26 May 2023 00:57 (UTC+04:00)

Ukraynadakı münaqişənin uzanacağına diqqət çəkən Macarıstan, 2024-cü il büdcəsində müdafiə xərclərini artırmağı planlaşdırır.

SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumata görə, bunu Macarıstanın maliyyə naziri Mihali Varqa deyib.

Onun sözlərinə görə, 2024-cü ildə müdafiə fondundan planlaşdırılan xərclər 1300 milyard forintdən (təxminən 3,75 milyon dollar) çox olacaq.

Macarıstan Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, hökumət həmçinin on üçüncü pensiyanın ödənilməsini və kommunal xərclərin azaldılması proqramını saxlamaq niyyətindədir.

Qeyd edək ki, 2022-ci il may ayının sonunda Macarıstan hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

Bu ərəfədə ölkədəki tədbirlərdən biri izafi mənfəətdən verginin tətbiqi olub ki, ondan əldə olunan gəlir kommunal xərclərin azaldılması fonduna və müdafiə fonduna yönəldilib.

Ağasəf Babayev