Mayın 31-dək yağıntılı hava olacaq

26 May 2023 00:26 (UTC+04:00)

Mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.

Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.