"Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir"

25 May 2023 18:47 (UTC+04:00)

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.

Tədbirdə qonaq qismində iştirak edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir.