Türkiyəli aktyor Cihan Şimşek evlənəcəyi günü açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin dekabrında sevgilisi Sinem Hanıma evlilik təklifi edən sənətçinin sözlərinə görə, toy günü iyunun 23-üdür.
Cütlük məkanların birindən çıxarkən jurnalistlərə “Hər şey çox gözəldir. Şad günümüzü səbrsizliklə gözləyirik” – deyə, bildirib.
Qeyd edək ki, Cihan Şimşek “Kardeşlerim” serialında “Oğulcan” obrazını canlandırır.