Prezident Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir

25 May 2023 16:23 (UTC+04:00)

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.

SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.

Eyni zamanda, iclasa videokonfrans vasitəsilə Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar.