"Ben bu cihana sığmazam" serialında kobud səhvə yol verildi - FOTO

25 May 2023 07:16 (UTC+04:00)

Azərbaycanda geniş izləyici kütləsi olan "Ben bu cihana sığmazam" serialında Azərbaycan xəritəsində səhvə yol verilib. SİA xəbər verir ki, serialın dünən yayımlanan 32-ci bölümündə yer alan səhnədə fonda olan plakatda Azərbaycan ərazisi tam göstərilməyib. Belə ki, diqqətlə baxdıqda Naxçıvanın göstərilmədiyi görülür.

Foto sosial şəbəkələrdə də geniş yayılaraq tənqid olunub.