Almaniyanın Elmshorn şəhərində yaşayan türk ailəsinin bağçasına yaşı 4,5 milyard il olduğu təxmin edilən meteorit düşüb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, aprelin 25-də Mahmut Şahinin evinin bağçasına meteorit düşüb.
Əvvəlcə nə olduğunu başa düşməyən ailə yanğınsöndürənləri çağırıb.
Həndbol böyüklüyündə olan meteorit üzərində maqnit testi aparılıb.
Çəkisi 3 kiloqram 700 qram olan meteoritin təxminən 4,5 milyard il yaşı olduğu təxmin edilir.
Dünyanın hər yerindən meteorit toplayanlar Şahin ailəsinə meteoriti satmaq üçün təkliflər edir.
Almaniya və ABŞ-dan gələn təkliflər 200 min avro, yəni 4 milyon türk lirəsinədək çıxıb.
Mahmut Şahin meteoritin bir müddət də olsa müxtəlif muzeylərdə nümayiş etdirilməsini istəyir.