Əməkdaşlıq müqaviləsi imzalanacaq - YENİLƏNİR- FOTO

24 May 2023 11:31 (UTC+04:00)

Bu gün Bakı Dövlət Universitetində Heydər Əliyev Muzeyinin və Lektoriyasının əsaslı yenidənqurmadan sonra açılışı baş tutub. SİA xəbər verir ki, eyni zamanda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə BDU və İsrailin "Hebrew University of Jerusalem" (HUJI) arasında əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçiriləcək.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və bir çox rəsmi qonaqlar iştirak edir.