İordaniyanın vəliəhd şahzadəsinin xına mərasimi olub - FOTOLAR

24 May 2023 07:38 (UTC+04:00)

İordaniyanın vəliəhd şahzadəsi Hüseynin xına mərasimi olub. SİA xarici mediaya istinadən xəbər verir ki, bu barədə kraliça Raniya sosial mediada məlumat yayıb. Xına mərasimindən fotolar paylaşan kraliça "Dünən axşam Rajvanın xına gecəsində bizim sevincimizi paylaşdığınız üçün hamınıza təşəkkür edirik" yazıb.

Kraliça Raniyanın xına mərasimində təsirli nitq söyləyərkən Rajvanın göz yaşını silməsi diqqət çəkib. Kraliçanın gəlini ilə səmimi fotoları isə onların yaxın dostluq münasibətləri olduğunu sübut edib.

Rajva xına məclisində yerli dizayner Honayda Serafinin kolleksiyasından qızılı işləmələrin olduğu milli libas geyinib.

Qeyd edək ki, cütlüyün toyu iyunun 1-də baş tutacaq.