Tanınmış aparıcı İctimai TV-dəki işindən ayrılıb - FOTO

24 May 2023 05:42 (UTC+04:00)

Tanınmış aparıcı Vüsalə Səid Eyyubqızı İctimai TV-dəki işindən ayrılıb. SİA xəbər verir ki, bu barədə o özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

Teleaparıcı səbəbini açıqlamasa da, öz istəyi ilə işdən çıxdığını və İTV rəhbərliyinə təşəkkürünü bildirib.

Vüsalə Səid sözügedən telekanalda "İtvtech" verilişinin aparıcısı idi.