Azərbaycan Qazaxıstan üçün 10 nəfərlik təhsil təqaüdü ayırır

23 May 2023 20:46 (UTC+04:00)

Azərbaycan universitetləri dövlətlərarası təhsil təqaüdləri çərçivəsində qazaxıstanlılar üçün bakalavr və magistr pilləsi üzrə 10 nəfərlik təqaüd ayırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kazinform”a Beynəlxalq Proqramlar Mərkəzi ASC-dən məlumat verilib.

Tədris Azərbaycan, rus və ingilis dillərindədir. Universitetlər pulsuz dil kursları təklif edir. Bu ölkənin tələbələri Azərbaycanın 25 aparıcı universitetindən birini seçə bilərlər.

Ərizələr iyunun 9-dək təqdim edilməlidir. Təqaüd dil kurslarını, akademik təhsili, yataqxanada yerləşməni, tibbi sığortanı və aylıq müavinəti əhatə edir.