Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi artırılıb

23 May 2023 17:21 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin say həddi artırılıb.

SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

DMX-nin işçilərinin say həddi 757 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki, indiyədək DMX-nin işçilərinin say həddi 655 ştat vahidi olub.