Aktyor çəkiliş aparılarkən dünyasını dəyişib

22 May 2023 22:44 (UTC+04:00)

Britaniyalı aktyor Rey Stivenson İtaliyanın İskia adasında çəkiliş aparılarkən dünyasını dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “La Repubblica” qəzeti yayıb.

Nəşrin yazdığına görə, 58 yaşlı aktyor mayın 20-də səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb və sonradan onun vəziyyəti daha da pisləşib.

Qeyd edək ki, Rey Stivenson daha çox “Roma” tarixi serialındakı rolları ilə tanınır. Orada o, legioner Titus Pullonu oynayıb.

O, həmçinin Marvel Studiosun “Kral Artur” (2004), “Cəzalandırıcı: Müharibə ərazisi” (2008) filmlərində, “Top” seriyasında rol alıb. Stivenson bu ilin avqustunda premyerası olacaq “Asoka” serialında da iştirak edib.

Ağasəf Babayev