Mərkəzi Gömrük Hospitalının stomatoloqu Rauf Babayev ABŞ-ın Nyu York şəhərində təşkil eidlmiş XXVI MegaGen Beynəlxalq Simpoziumunda iştirak edib. SİA xəbər verir ki, tədbir “Stomatologiya rəqəmsallığa keçir: Yeni uğur meyarlarını kəşf edin” mövzusuna həsr edilib.
Simpozium stomatologiyanın bugünkü və gələcək rəqəmsal transformasiyası, rəqəmsal texnologiyaların gündəlik fəaliyyətə daxil edilməsi, süni intellekt və robotlar stomatologiyada, dental implantasiya-dizayn innovasiyaslarının kliniki nəticələrə təsiri, predikativ immediat implantasiya müalicə protokolu konsepti- estetika və funksionallığın rəqəmsal dəstəyi işinin təşkili, dental avatar - konsepsiya və kliniki tətbiqi və s. mövzularda ABŞ, Almaniya, Cənubi Koreya, Rumıniya, Kanadadan məruzəçilər iştirak ediblər.