Türk müğənni Simge Sağın açıqlaması ilə diqqət çəkib - FOTO

22 May 2023 08:41 (UTC+04:00)

Türk müğənni Simge Sağın “Galatasaray”ın ulduz futbolçusu Mauro İkardi haqda açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki, sənətçi oyunçuya ismarış göndərib.

““Aşkın olayım” mahnısını söyləyəndə ağlıma ancaq İkardi gəlir. Bu, artıq onun mahnısıdır. Onun üçün yazılmış bəstədir”.

Qeyd edək ki, ifaçının adı bir neçə dəfə M.İkardi ilə eşq dedi-qodularında hallanıb. Lakin heç biri bunu təsdiq etməyib.