Moskvada özünü ABŞ-dan olan hərbçi kimi təqdim edən fırıldaqçı təqaüdçünü aldadaraq yüz minlərlə rublunu əlindən alıb. SİA hadisə barədə “Diqqət, Moskva”ya istinad edir.
68 yaşlı qadın internetdə əcnəbi ilə tanış olub. O, Türkiyədə xidmət etdiyini bildirib. Altı ay davam edən söhbətdən sonra virtual sevgilisi təqaüdçüdən gizli problemləri olduğunu izah edərək 300 min rubl istəyib.
Qadın sevgilisinin xatirinə borc götürüb. Daha sonra da sevgili sevgilisindən yenidən pul istəyib. Qadının ümumi borcu 600 min rubla çatıb.
Əcnəbi sevgili Moskvaya gəlib pulu ona qaytaracağına söz verib, lakin sonradan yoxa çıxıb. Zərərçəkmiş polisə müraciət edib.
Qeyd edək ki, bundan bir az əvvəl fırıldaqçılar Qələbə Günü öncəsi moskvalı təqaüdçünü aldadaraq milyonlarla rublu əlindən almışdılar.
Ağasəf Babayev