Son illər qeyri-infeksiya xəstəlikləri artır və …

21 May 2023 10:53 (UTC+04:00)

Son illər qeyri-infeksiya xəstəliklərinin artması tendensiyası və bunun yaratdığı təhlükələr barədə xəbərdarlıq edilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il üçün Ümumdünya Səhiyyə Statistikası Hesabatını paylaşıb.

2022-ci ilə qədər olan məlumatları özündə əks etdirən hesabata görə, 2000-2015-ci illərdə müşahidə olunan tendensiyalarla müqayisədə son illər səhiyyə sahəsində tərəqqidə durğunluq müşahidə olunur.

İqlim dəyişikliyi və qeyri-infeksiya xəstəlikləri təhlükəsi barədə xəbərdarlıq edilib və bu məsələdə birgə fəaliyyətə çağırılıb.

Yeni növ koronavirus (Covid-19) səbəbindən 2020-2021-ci illərdə dünyada 336,8 milyon insan həyatını itirib.

2000-ci ildən bəri ana və uşaq sağlamlığında əhəmiyyətli irəliləyişlər olub: ana ölümü üçdə bir, uşaq ölümü isə iki dəfə azalıb.

HİV, vərəm və malyariya kimi yoluxucu xəstəliklərin nisbəti azalınca gözlənilən ömür uzunluğu 2000-ci ildəki 67-dən 2019-cu ildə 73-ə yüksəlib.

Ümumi sağlıq sahəsində irəliləyişlərə baxmayaraq, qeyri-infeksiya xəstəliklərindən ölüm nisbəti hər il durmadan artır və hələ də hər il bütün ölümlərin dörddə üçünü təşkil edir. Bu, davam edərsə, 2050-ci ilə qədər hər il 90 milyon ölümün təxminən 86 faizinin qeyri-infeksiya xəstəlikləri səbəbindən olacağı təxmin edilir. 2019-cu ildən bəri qeyri-infeksiya xəstəliklərindən ölüm hallarında 90 faizə yaxın artım qeydə alınıb.