ABŞ-ın Nyu-York şəhəri çökür

21 May 2023 10:50 (UTC+04:00)

ABŞ-ın Nyu-York şəhəri üzərindəki göydələnlərin ağırlığına görə hər il 1-2 millimetr çökür.

“Advancing Earth and Space Science” (AGU) qrupu göydələnlərin başda Manhetten bölgəsi olmaqla şəhərin geoloji quruluşuna təsirini araşdırıb.

Tədqiqatda 8 milyondan çox adamın yaşadığı Nyu-York şəhərinin bəzi yerlərində göydələnlərin kütləsi səbəbindən hər il dəniz səviyyəsinə doğru 1-2 millimetr çökmənin olduğu qeyd edilib.

SİA-nın əldə etdiyi məlumata görə, sözügedən çöküşün miqyası kiçik, lakin şəhəri təbii fəlakətlərə qarşı həssas etdiyi bildirilib.

Araşdırmada yazılır: “Sahil şəhərləri qlobal miqyasda böyüdükcə artan tikinti intensivliyi və dəniz səviyyəsinin yüksəlməsi daşqın təhlükəsinin artması deməkdir. Daşqın üçün ən çox risk altında olan ərazilərin Manhetten adasının aşağı hissəsi ilə Bruklin və Kuinsin bəzi bölgələridir”.

Nyu-Yorkdakı bütün binaların kütləsinin hesablandığı və Yerə tətbiq etdikləri təzyiq nəticəsində yaranan çökmənin modelləşdirildiyi araşdırmada peyk məlumatlarından şəhərdə müşahidə edilən çökmənin təfərrüatlı qrafik görüntüləri də yer alır.