Bu gün abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilir

21 May 2023 08:22 (UTC+04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirir. Bu barədə SİA-ya DİM-dən məlumat verilib.
Xatırladaq ki, mayın 21-də DİM, həmçinin respublikanın 17 şəhər və rayonunda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.