Avstriyalı aktyor 78 yaşında vəfat edib

20 May 2023 02:40 (UTC+04:00)

Avstriyalı aktyor Helmut Berqer 78 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi Zalsburqdakı evində dünyasını dəyişib. Ölümün dəqiq səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Helmut Berger “Fantomas”, “Tanrıların ölümü”, “Dorian Qreyin portreti”, “Xaç atası-3” və digər filmlərdə rol alıb. 2019-cu ildə aktyor kino karyerasını başa vurduğunu elan edib.