Qax Xalq Teatrında “Qaynana əməliyyatı” tamaşasına ictimai baxış olub

19 May 2023 21:34 (UTC+04:00)

Mayın 19-da Qax Rayon Mədəniyyət Mərkəzində İsmayıl Dağıstanlı adına Xalq Teatrının Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyası əsasında səhnələşdirdiyi eyniadlı tamaşaya ictimai baxış olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşanın rejissoru Şəmsəddin Quliyev, musiqi tərtibatçısı Coşqun Nəzirli, səhnə tərtibatçısı Elvin Əzimovdur. Tamaşada rolları həvəskar aktyorlar İbrahim Paşayev, Aydan Əhmədli, Şəmsəddin Quliyev, Vüsalə Mustafayeva, Ceyran Rəcəbova, Nəvai Əliyev və Yusif Qurbanov ifa ediblər.

Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib.