Azərbaycanda tibb təhsilinin kvalifikasiya səviyyəsini yüksəltmək təklif edilir

19 May 2023 12:32 (UTC+04:00)

Azərbaycanda tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var. SİA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O qeyd edib ki, Azərbaycanda rezidentura təhsili alanlar məcbur olur ki, xaricə getsin çünki oradan alınan diplom 8-ci səviyyədə qəbul olunur.

“Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsi, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar. Bu məsələnin gündəmə gətirilməsi işin gedişatına müsbət təsir edə bilər”.