“Sağlam uşaqlar xəstə adı altında evdə qalaraq təhsildən yayınır” - KOMİTƏ SƏDRİ

19 May 2023 12:31 (UTC+04:00)

"Bəzən sağlam uşaqlar da xəstə adı altında evdə qalaraq təhsildən yayınır". SİA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, səhhətində ciddi problem olan məktəbə gedə bilməz: “Bu kimi halların qarşısının alınması üçün Elm və Təhsil Nazirliyi məsələ qaldırmalıdır”.