Hiss etmişəm ki, işlər böyüdükcə danışmağa həvəs xeyli azalır. Və bu format daha çox xoşuma gəlir. İlk olaraq, 6000-ə yaxın insana təşəkkür edirəm. Saatlarla növbədə, sonra isə konsertdə bizə görə dayanmağınızın qarşılığını ümid edirəm ki, verə bilmişik. SİA xəbər verir ki, bu sözləri reper Orxan Zeynallı sosial mediada yazıb. İki gün ardıcıl olaraq "Elektra Hall"da konsert verən ifaçı ona dəstək olan bütün dinləyicilərinə təşəkkür edib.
"6 aylıq aradan sonra konsert elanımıza skeptik yanaşan çox idi. Biz isə bütün şəhərə sübut etdik ki, aradakı sevgi və bağ zamanla ölçülmür. Komanda olaraq da həm performansda, həm də ümumi təşkilatçılıq və səhnə tərtibatındakı inkişaf göz qabağında idi. Biz bu yerlərə çox uzun yol qət edərək gəlmişik. Yolun özünü sevərək, həm 100 nəfərlik, həm də 6000 nəfərlik layihələrə ürəyimizi qoyaraq. Sağ olun ki, varsız, sağ olun ki, minlərlə insanın bu şəhərdə bir ürək kimi döyünə biləcəyini hər dəfə sübut edirsiz.
Sevgilər!" , - ulduz paylaşımında qeyd edib.