Tviter istifadəçilərinə daha bir yenilik

19 May 2023 03:08 (UTC+04:00)

Tviterin sahibi Elon Mask “mavi tık” abunəliyinə yeni bir xüsusiyyət gətirib. SİA xəbər verir ki, Mask sosial media hesabında “mavi tık” abunəçilərinin 2 saatlıq, təxminən 8 GB ölçüsündə video yükləyə və paylaşa biləcəyini açıqlayıb.

Açıqlamadan sonra bir çox hesab 2 saatlıq film kimi video yükləyib.