Sabirabadda Ulu Öndərin xatirəsinə həsr edilən fləşmob keçirilib

18 May 2023 22:35 (UTC+04:00)

Sabirabad şəhərində Ulu Öndərin adını daşıyan parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fləşmob keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin dəstəyi ilə keçirilən fləşmobda 260-dan çox könüllü gənc iştirak edib.

Fləşmobda kollecin tələbələri tərəfindən “Heydər Əliyev 100” yazısını və Ulu Öndərin imzasını əks etdirən kompozisiyalar yaradılıb.