Gülarə Əliyeva adına 3 nömrəli İncəsənət məktəbinin hesabat konserti keçirilib

18 May 2023 16:13 (UTC+04:00)

17 may 2023-cü ildə Üzeyir Hacıbəyov adına Opera studiyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Bakı şəhər Suraxanı rayon Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin hesabat konserti keçirilib. Konsert eyni zamanda Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Konsertdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov, Müdafiə Nazirliyinin orkestrin dirijoru general Yusif Axundzadə, “Dan Ulduzu”nun bədii rəhbəri Gülarə Əliyevanın qızı Ayəndə Əliyeva, Bakı şəhər Uşaq Musiqi və İncəsənət məktəbinin direktorları xalq artistləri, xalq və əməkdar artistlər, valideynlər iştirak ediblər.

Tədbir 3 nömrəli İncəsənət məktəbinin şənlik rəqs ansambli ilə başlayıb.

Konsertin sonunda Gülarə Əliyeva adına Uşaq İncəsənət məktəbinin direktoru Elvina Əhmədova konsertdə iştirak edən qonaqları foyeyə dəvət edib. İlk sözü Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisinə söz verilib. İbrahim Əliyev konsertdə iştirak edən musiqi məktəbinin şagirdlərinə, direktor Elvina Əhmədovaya öz təşəkkürünü bildirib.

Sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Suraxanı rayon YAP-ın sədri Vüqar Seyidov, Müdafiə Nazirliyinin orkestrı dirijor Yusif Axundzadə, “Dan Ulduzu”nun bədii rəhbəri Gülarə Əliyevanın qızı Ayəndə Əliyeva çıxış ediblər.

Sonda məktəbin direktoru Elvina Əhmədova konsertdə iştirak edən qonaqlara, müəllimlərə, şagirdlərə, valideynlərə öz minnətdarlığını bildirib, məktəb kollektivinə gələcəkdə xoş nailiyyətlər arzulayıb.

Tədbirdə məktəbin “Şənlik” rəqs ansamblı, xor kollektivi çıxış edib, Ü.Hacıbəylinin "Arşın mal alan” operettasından uvertüra, “Qaynana” kinofilmindən “Zərifənin mahnısı” səsləndirilib. Məktəbin skripkaçılar ansamblı, beynəlxalq müsabiqə laureatı III sinif şagirdi Həsənli Fatimə (fortepiano) öz məharətlərini nümayiş etdiriblər, həmçinin məktəbin "Abşeron” ritm qrupu və “Şənlik" rəqs ansamblı və digə kollektivlər çıxış ediblər.

Məmmədhəsən Məmmədov