Keşlədə yanğın olub

18 May 2023 14:31 (UTC+04:00)

Bakının Nizami rayonu Keşlə qəsəbəsində yanğın olub.

FHN-dən SİA-ya verilən məlumata görə, qəsəbə ərazisində məişət tullantıları yanıb. FHN-in yanğından mühafizə qüvvələri yanğın qeydə alındıqdan dərhal sonra hadisə yerinə cəlb olunublar. Yanğınla mübarizə tədbirləri görülüb və yanğın söndürülüb.