Pınar Deniz hansı məşhurla evlənir? - FOTO

18 May 2023 06:39 (UTC+04:00)

Türkiyəli aktrisa Pınar Denizlə aktyor Kaan Yıldırımın evlənəcəyi iddia edilib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük Ulusda birlikdə yaşadıqları evi təmir etdirir.

Pınarın təmir və bəzək işlərinə yaxından marağı cütlük haqqında evlilik iddialarını gücləndirib.

Qeyd edək ki, cütlük ötən ildən münasibətdədir.