Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləş-mob təşkil olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önündə keçirilən fləş-mobda rayonun ümumtəhsil məktəblərinin 500 nəfərdən çox şagirdi iştirak edib.
Məktəblilər fləş-mobda “Heydər Əliyev 100” yazısını nümayiş etdiriblər.