15 may Sankt-Peterburq Jurnalistlər Evində Heydər Əliyevin yubileyinə həsr olunmuş “Heydər Əliyevin yüz illiyi” adlı dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbir Müasir İnkişaf İnstitutu və “Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi” ANO-nun təşkilatçılığı ilə baş tutub.
Tədbir ANO AÇGS-nin üzvü Aytəkin Ələkbərovanın salamlama nitqi ilə başlayıb, o, Heydər Əliyevin Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin qurulması prosesinə verdiyi töhfələr haqqında məruzə edib. Azərbaycan Respublikasının Sankt-Peterburqdakı konsulu Rəhim Rəhimzadə də öz təşəkkürünü bildirib.
Dəvət olunan ekspertlər arasında D.G. Popov, fəlsəfə elmləri namizədi; B.R. Əsədov, siyasi elmlər namizədi; V.A. Çernenko, iqtisad elmləri doktoru; D. Solonnikov, politoloq; M.Çirkov, siyasi elmlər namizədi; S. Eremeyev, hökumət rəsmisi.
Dəyirmi masa çərçivəsində Rusiya ilə Azərbaycan arasında mədəni-humanitar, təhsil və iqtisadi əməkdaşlıq məsələləri və bu istiqamətdə Heydər Əliyevin rolu müzakirə olunub.