Türk aktrisa diqqət çəkən açıqlama verib

17 May 2023 10:56 (UTC+04:00)

Kənan İmirzalıoğlu ilə 6 il əvvəl Cunda adasında ailə quran Sinəm Kobalın Leyla və Lalin adlı qızları dünyaya gəldikdən sonra aktrisa qeybə çəkilmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, illər sonra bir jurnal üçün kamera qarşısına keçən Sinəm Kobal diqqət çəkən açıqlama verib.

Jurnalın üz qabığını bəzəyən Kobal "Gələcək üçün tamamilə yeni xəyallarım və planlarım var" deyərək açıqlama verib. Bu da izləyicilərində türk aktrisasının artıq ekranlara geri dönəcəyi fikrini oyadıb.