“Ötən il ilk dəfə olaraq təhsil verənlərin sertifikatlaşmaya cəlb edilməsi baş tutdu. Sertifikatlaşma prosesi bu il də olacaq. İlkin olaraq əldə olan məlumata görə, 33315 müəllimin cəlb edilməsi proqnozlaşdırılır”. SİA xəbər verir ki, bu sözləri brifinq zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, gözləntilər 80-85 faizə qədər müəllimin 10 və 35 faiz olaraq əmək haqqının artırılmasıdır: “Çünki sertifikatlaşdırma, həm də təhsilverənlərin əmək haqlarının artırılması deməkdir.
Keçən il sertifikatlaşma imtahanlarından keçə bilməyən 2803 müəllimin də yenidən sertifikatlaşdırılması həyata keliriləcək. Bu dəfə də imtahandan keçilmədiyi halda isə əmək müqaviləsinə xitam veriləcək. Bu il baş tutacaq sertifikatlaşma imtahanları ilə bağlı (yer, tarix) məlumatları artıq mayın 18-də müəllimlərin şəxsi kabinetlərində yerləşdiriləcək”.