“Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır” - QURUM RƏSMİSİ BİLDİRİB

16 May 2023 15:16 (UTC+04:00)

“Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”. SİA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişməlidir: "Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunin əməkdaşlarının peşəkarlığı artırılmalıdır".

Nazir müavini bildirib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: "Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir".