Rusiyanın ötən həftə vəfat edən modelyeri Valentin Yudaşkinin moda evinin hesablarına həbs qoyulub. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Federal Vergi Xidməti moda evinin hesabat vermədiyi və milyonlarla rubl vergini ödəmədiyini açıqlayıb.
Bildirilib ki, yalnız 2022-ci il üçün hesabat verilməyib. Moda evinin isə 118 milyon rubl balansı olub.