Məşhur repçinin konserti təxirə salınıb. SİA xəbər verir ki, rusiyalı rep ve estrada ifaçısı Morqensternin (Alişer Tahiroviç Morqenştern) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.
Məsələ ilə bağlı konsertin təşkilaçıları konsertin ümumiyyətlə baş tutmayacağını açıqlayıb: “Bəli, konsertə sayılı günlər qalmışdı. Texniki səbəblərə görə, ləğv edildi. Başqa səbəb yoxdur. Konsert digər bir vaxta da keçirilməyib. Ümumiyyətlə repçinin konserti olmayacaq”.