Məlum olduğu üzrə, qulaqiçi və qulaqüstü olaraq təyin olunan qulaqlıqlar uzun illərdir istifadə olunur. Son zamanlarda isə simsiz qulaqcıqlar geniş yayılıb. Mütəxəssislərin fikrincə, xüsusilə, qulaqdaxili qulaqcıqlardan uzun müddət istifadə eşitmə itkisinə və infeksiyaya səbəb ola bilər.

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Son illərdə musiqi dinləyərkən və ya telefonla danışarkən istifadə etdiyimiz qulaqlıqlara simsiz modellər əlavə olunub. Bəs bu simsiz, xüsusən də. qulaqdaxili qulaqcıqlardan necə istifadə edilməlidir? Mövzu ilə bağlı təfərrüatları türk Səhiyyə Elmləri Universitetinin prorektoru, o cümlədən otolarinqoloq Mustafa Gerek danışıb.
Eşitmə itkisi təhlükəsi
Sağlam qulaqda ani səslərdən qulaqda meydana gələ biləcək zədələrə qarşı qoruma mexanizmi olduğunu ifadə edən Mustafa Gerek, xüsusilə qulaqdaxili qulaqlıqların bu mexanizmə zərər verə biləcəyini söylədi: “Qulaqcıq və xarici eşitmə yolu kanalı xaricdən gələn səsləri toplayır və xarici eşitmə yolu kanalı ilə müəyyən intensivliklə qulaq pərdəsinə çatdırır. Qulaq pərdəsi də titrəyir və bu səsi normal təzyiq mühitində sümükciklər vasitəsilə daxili qulağa 27 dəfə ötürür. Ancaq burada bəzi qoruyucu mexanizmlər var. Bəzi əzələ qrupları ani səs-küy yarandıqda qulağa zərər verməmək üçün öz-özünə büzülərək sümükciklərin işləməsinə maneə törədir. Qulaqcıqlar vasitəsilə qulağın uzun müddət yüksək səsə məruz qalması buradakı hüceyrələrin zədələnməsinə səbəb olur. Bu zədə tez-tez daimi eşitmə itkisinə səbəb olur. Mexanizmlərin düzgün işləməsi üçün səsin kənardan gəlməsi həmişə faydalıdır. Bu şəkildə qoruyucu mexanizmlər işə düşür. Daim yüksək səsə məruz qaldığınız zaman yorğunluq səbəbiylə o qoruyucu mexanizmlər də sıradan çıxır və daxili qulaqdakı səs travmaları ilə eşitmə itkisi baş verir.

Qulaq göbələyi və bakterial risk
Qulağın olmazsa olmazlarından biri olan hava giriş və çıxışının qulaqlıq və ya digər faktorlar tərəfindən tıxandığı zaman başda göbələk olmaqla müxtəlif bakteriya əmələgəlmələrinə səbəb olmasıdır. Qulaqcıqlardan istifadə etmək niyyətindəyiksə, qulaq üstü qulaqlıqlar da adlandırılan böyük qulaqlıqlardan istifadə etmək idealdır. Qulağa yerləşdirilən eşitmə cihazlarını istisna edirik. Hətta orada qulaq üçün nəzərdə tutulmuş qəliblər dəliklərə malikdir və xarici qulaq kanalının qulaq pərdəsinə qədər olan hissəsinin havalandırılmasını təmin edir. Qulağı tamamilə bağladığınız zaman içəridəki havanı tutur, qapalı mühit yaradırsınız. Nəmlənmə, tərləmə və ya qapalı mühiti havalandıra bilməmə nəticəsində o nahiyədə bir çox infeksiya, xüsusilə göbələk və xarici qulaq infeksiyaları ola bilər. Eyni zamanda, xarici qulaqın özünəməxsus ifrazı var. Bu ifrazat bakteriya və göbələklərin içəridə yerləşməsinin qarşısını alır və bu ifrazat bizim fərqində olmadan çölə atılır. Qulaqlıqdan istifadə etməklə bu infeksiyanın atılmasının qarşısını alırıq. İçəridə yığılır və hətta daha da geriyə gedərək qulaqda tıxanmaya səbəb ola bilər”.

Maqnit sahəsi və Bluetooth
İnkişaf edən simsiz texnologiya ilə kabel problemi aradan qalxsa da, insan sağlamlığı baxımından yeni bir müzakirə mövzusu ön plana çıxdı. Bunlardan biri də bu məhsulların yaratdığı maqnit sahəsinin zərərli olub-olmamasıdır.
Əlbəttə ki, mühüm zərərlərdən biri də bu cihazdan qulaqlıqlara çatana qədər bluetooth ilə maqnit sahəsi yaradaraq qulağa çatmasıdır. Dalğaların və maqnit mühitinin buradakı sinir strukturlarına, xüsusən də beyin toxumasına zərər vermə ehtimalı mübahisəli məsələdir. Ona görə də nəyisə dinləyəcəyiksə, sərbəst mühitdən gələn səsə qulaq asmağa üstünlük verməliyik. Qulaqlıqlardan istifadə ediləcəksə, böyük qulaqlıqlardan istifadə etmək lazımdır. Birbaşa qulağa yerləşdirilən məhsullar zərərli ola bilər.

İdeal istifadə müddəti və səs yüksəkliyi
Alınacaq bir neçə tədbirlə qulaqlıqdan istifadə zamanı yarana biləcək risklərin qarşısını almaq mümkündür. Bunlardan biri ideal istifadə müddətlərinə diqqət yetirmək, digəri isə səsi lazımi diapazonda saxlamaqdır.
110 desibeldən yuxarı zərərlidir. Bunu 110 desibel reaktiv mühərrik səsi kimi təyin edə bilərik. Bizim üçün ideal səs diapazonu 60-70 desibeldir. Bu dəyər xaricdən eşitdiyimiz səslər üçün keçərlidir. Onu qulağa yerləşdirdiyimiz zaman bu səsi daha yüksək desibellərdə eşidə bilərsiniz. Tutaq ki, siz kənardan 60 desibellik bir səs eşidirsiniz. Eyni səsə qulaqcıqla qulaq asdığınız zaman onu 80-90 desibel kimi qəbul edirsiniz. Xüsusilə də xarici qulağın da bağlı olduğu qapalı bir mühit yaratsanız, qulaq pərdəsi daha çox təzyiq altında işləyir.
Ən vacib məqamlardan birinin gün ərzində qulaqcıq istifadəsinə ara verməkdir. Biz adətən qulaqlıqlardan 15 dəqiqədən çox istifadə etmək istəmirik. Qulaqlıqdan istifadə edəcəksinizsə, gün ərzində onların arasına mütləq vaxt intervalı qoymaq lazımdır. Əgər musiqi dinləyəcəksinizsə, onun azad mühitdən gəlməsinə icazə verin. filmə baxacaqsansa, qoy azad mühitdən, yəni kənardan səs gəlsin.
Ayşən Vəli