Bu gün çox həyəcanlıyam. Bu, hətta digər həyəcanlardan fərqlidir. Səhnə arxasında hər cür panik ataklar oldu, amma keçdi, artıq hazıram. Hər şey möhtəşəm olacaq. Çox hazırlaşmışıq, burda böyük zəhmət var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. SİA xəbər verir ki, bu sözləri ötən gün Maslak Volkswagen Arenada konsert verən gənc müğənni Zeynəb Bastık səhnə öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.
Gecəyə xüsusi libas geyinən Zeynep Bastık bildirib ki, stilisti Şeyda Sözerdir: "Paltarbir az sıxır, amma hərəkətimə mane olmur, biz həmişə əvvəlcədən məşq edirik. Bu çox vacibdir, çünki sərbəst hərəkət edə bilməliyik. Mən indi son dərəcə hazıram. Yeri gəlmişkən, bu konsert14 fevralda baş tutmalı idi. Kədərli bir fəlakətə görə təxirə salındı. Konsert üzərində çox uzun müddət işləmişik".
İyun ayında yeni mahnı çıxartmağa hazırlaşdığını deyən sənətçi əlavə edib ki, yay mövsümü uyğun kompozisiya olacaq: "Bizi deyəsən, gözəl bir yay mövsümü gözləyir, çox az qalıb".
Arıqlamasından danışan müğənni sağlam qidalanmağa çalışdığını da vurğulayıb.
"Çox arıq olduğumu düşünmürəm. Bədənimə diqqət yetirirəm. İdman edirəm, odur ki, çəkim öz-özünə azalmayıb. Məncə, idealdır", - ulduz qeyd edib.