“Avroviziya 2023”: Azərbaycan 12 xalı İsrailə verib

14 May 2023 02:33 (UTC+04:00)

Azərbaycan “Avroviziya 2023” mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib. SİA xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.

Azərbaycanın digər ölkələrə verdiyi xallar isə ardıcıl olaraq aşağıdakı kimidir:

İsveç (10);

Albaniya (8);

İspaniya (7);

İtaliya (6);

Avstraliya (5);

İsveçrə (4);

Finlandiya (3);

Ukrayna (2);

Estoniya (1).

Mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Nərmin Salmanova təqdim edib.