Nigarançılığa əsas yoxmuş...

13 May 2023 18:58 (UTC+04:00)

Ukraynada doğulub rus müğənnisi olan Lolita Milyavskaya artıq bir neçə müddət idi ki, sosial radarlarda itmişdi deyə, pərəstişkarları da yaman narahat olmuşdular.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, artıq xətər sovuşub.

Yəni bu gün Lolita xanımın Bolqarıstanda yerləşən bağ evində istirahət etdiyi məlum olub. Belə ki, müğənni kottecin fonunda çəkilmiş videosunu yayımlayıb.

Qeyd edək ki, kadrda məşhur müğənni xanımın sevimli iti Botsman da yer alıb. Belə ki, Lolita Botsmanla birlikdə otların üzərinə uzanıb istirahət edirlər.

Yeri gəlmişkən, Lolita Bolqarıstandakı bu bağ evini bir neçə il əvvəl, say hesabını itirdiyim ərlərindən biri- Dmitri İvanovla evli olarkən alıb.

Qeyd edək ki, həmən vaxt Dmitri həmən bağ evində hamam, besedka tikməklə Lolitaya ustalığını da nümayiş elətdirmişdi.

Amma nə fayda, “cütlük” boşandıqdan sonra kottec Lolitanın mülkiyyətində qaldı deyə, o da indi bura tək gəlir.

...Maraqlıdır, görən belaruslu iş adamı Dmitri İvanov indi də təkcə divarla tennis oynayırmı?