Aparıcı Rövşanə qalmaqallı səhər efiri ilə vidalaşıb

13 May 2023 05:48 (UTC+04:00)

Aparıcı Rövşanə Ağasəfqızı qalmaqallı səhər efiri ilə vidalaşıb. SİA xəbər verir ki, "Space səhər" proqramının yayımı dayandırılıb. Onun yerinə Raksana İmir və Fariz Əliyevin təqdimatında "Salamlar" verilişi efirə gedir.

R.Ağasəfqızı isə "Qarşı-qarşıya" adlı layihə ilə həftəiçi 5 gün 15:20-də tamaşaçılarının görüşünə gələcək. Veriliş gələn həftə start götürəcək.