Avstraliyanın Kvinslend ştatının polisi həyat yoldaşı və ögey oğlunun evində mumiyalanmış cəsədi tapılan kişinin ölümünü araşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Daily Mail” məlumat yayıb.
Beləliklə, Kanberradan olan qadın qohum 69 yaşlı kişiyə baş çəkməyə gəlsə də, amma qohumunun arvadı ilə ögey oğlu onu evə buraxmayıblar.
Ögey oğul avstraliyalıya kişinin pis olduğunu və bu yaxınlarda xəstəxanaya yerləşdirildiyini deyib, lakin bir neçə xəstəxanaya zəng etdikdən sonra qadın onun heç birinin xəstəsi olmadığını öyrənib. Evə girə bilməyən qadın polisə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə axtarış apararaq mərhum avstraliyalını yataqda tapıblar. Mumiyalanmış cəsədin üzərində gözəgörünən xəsarət yox idi. Müstəntiqlərin sözlərinə görə, avstraliyalı təxminən iki il əvvəl dünyasını dəyişib. Polis həmin şəxsin ölümü ilə bağlı araşdırma aparır. Onun ölüm səbəbi hələ müəyyən edilməyib. Deyilənlərə görə, mumiyanı saxlayan ev sakinləri nadir hallarda bayıra çıxır və hətta ərzağı da evə sifariş edirmişlər. Qeyd edək ki, indiyədək avstraliyalının ölümü ilə bağlı heç bir ittiham irəli sürülməyib.
Yeri gəlmişkən, bundan əvvəl Hollandiya sakini ölən 101 yaşlı atasının meyitini dondurucuda gizlədirmiş. Maraqlıdır ki, o bu əməlini arada atasının meyiti ilə danışması ilə izah edib.
Ağasəf Babayev