Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

12 May 2023 15:08 (UTC+04:00)

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyulun 1-dək uzadılıb. Əvvəl bu müddət mayın 1-dək nəzərdə tutulmuşdu.